[b]Portuqaliya yığmasının kapitanı: Çempion olmalıyıq[/b]
20.05.2016 - 14:53
[b]Portuqaliya yığmasının kapitanı: Çempion olmalıyıq[/b]

“Hər iki komanda finala vəsiqə qazanıbsa, deməli, buna layiqdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Dioqo Queyroş deyib.

 

Bakıda keçirilən U-17-lər arasında Avropa çempionatının sabah baş tutacaq final görüşündə Portuqaliya ilə İspaniya komandaları üz-üzə gələcək.

 

Bu matçla bağlı fikirlərini bölüşən Queyroş finala qələbə üçün çıxacaqlarını qeyd edib: “Mən bizim qələbə qazanmağımızı istərdim. Bəzi oyunçularımız üçün U-17-də son ildi. 3 il öz üzərimizdə çalışmışıq, turnirlərdə iştirak etmişik. Nəticədə gəlib finala çıxmışıq. Sabah da bir-birimizə dəstək olmalı və fərdi keyfiyyətlərimizi göstərib, turnirin qalibi olmalıyıq”.

 

 

0