Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi”nin qonağı olacaq “Zirə”nin heyətlə bağlı problemləri davam etməkdədi. Apasport.az saytı xəbər verir ki, paytaxt klubu “ağ-qaralar”la oyuna da itki ilə çıxacaq.
Belə ki, portuqaliyalı müdafiəçi Migel Lorenso zədəsini hələ sağaltmayıb. Onun “Neftçi” ilə qarşılaşmada meydana çıxmayacağı dəqiqdi.
“Zirə”nin problemi bununla bitmir. Komandanın daha bir müdafiəçisi Akim Latifunun da matçı buraxmaq ehtimalı var. Yeni transferin “Neftçi”yə qarşı oynayıb-oynamayacağına məşqlərdən sonra qərar veriləcək. Latifu ayağında ağrı hiss etsə, məşqçilər korpusu onun da xidmətindən istifadə etməyəcək.
Qeyd edək ki, 20 turdan sonra 26 xal toplayan “Zirə” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.