Dünyanın ən məhsuldar futbol turnirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, davam etməkdə olan 271 müxtəlif yarış məhsuldarlıq göstəricisinə üzrə sıralanıb.
Həm milli, həm beynəlxalq səviyyəli turnirlərin yer aldığı cədvələ Meksikanın 2-ci divizionu başçılıq edir. Bu çempionatda hər oyuna 4,67 qol qeydə alınır. Qvatemalanın yüksək liqası isə sonuncudu. Bu ölkədə məhsuldarlıq 1,42-di.
Azərbaycan çempionatının hər iki liqası da siyahıda yer alıb. Məhsuldarlığı 3,77 olan I divizion dünyanın 12-ci liqasıdı.
Topaz Premyer Liqasında isə bu rəqəm 2,30-du. Çempionatımız 208-ci sırada yer alıb.