Futbol üzrə Azərbaycan I Divizionunda XV turunun hakim təyinatları açılanıb. Apasport.az saytının məlumatına görə, AFFA Hakimlər Komitəsi 3 Premyer Liqa referisini aşağı liqaya göndərib.
Onlar arasında ən diqqətçəkəni İnqilab Məmmədovdu. Elitanın XXI turunda baş tutan “Zirə” – “Rəvan” (2:1) görüşündə biabırçı ofsayd qərarı ilə gündəmə gələn Məmmədov XXII turda təyinat almamışdı. Hakimlər Komitəsi yenə onu I diviziona göndərməklə cəzalandırıb. Belə ki, Məmmədov bu gün keçiriləcək “Turan Tovuz” – “Ağsu” matçında ədalət təmsilçisi olacaq.
Digər Premyer Liqa hakimlərindən Elvin Əsgərov MOİK – “Bakı”, Ramil Diniyev isə “Neftçala” – “Bakılı” qarşılaşmasında fit çalacaq.
24 fevral
14:00. MOİK – “Bakı”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Anar Göyçayski
Hakim-inspektor: Ramiz Əsədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
14:00. “Turan Tovuz” – “Ağsu”
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Anar Fərəcov
Hakim-inspektor: Əvəz Şıxıyev
Tovuz şəhər stadionu
14:00. “Şəmkir” – “Şahdağ”
Hakimlər: Elgün Hüseynov, Vüqar Bayramov, Aleksandr Musatkin, Namiq Bəkirov
Hakim-inspektor: Rəhman Tağıyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Zaqatala” – “Mil-Muğan”
Hakimlər: Nail Nağıyev, Cavanşir Yusifov, Rəşadət Cəfərov, Vüsal H. Əliyev
Hakim-inspektor: Azad Mütəllimov
Zaqatala şəhər stadionu
25 fevral
14:00. “Neftçala” – “Bakılı”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Etibar Həsənov
Hakim-inspektor: Ədilxan Hümbətov
Binə qəsəbə stadionu
15:00. “Qaradağ Lökbatan” – “Energetik”
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Qəzənfər Abbasov, Elxan Müslümov
Hakim-inspektor: Namiq Qasımov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
20:30. “Şərurspor” – “Göyəzən”
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Elşad Abdullayev, Venera Kahriç
Hakim-inspektor: Rüfət Əliyev
“Bayıl Arena”
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”