[b]Premyer Liqa klubu 15 yaşlı oyunçu ilə anlaşdı[/b] - [b]FOTO[/b]
27.10.2016 - 19:27
[b]Premyer Liqa klubu 15 yaşlı oyunçu ilə anlaşdı[/b] - [b]FOTO[/b]

“Liverpul” yeni futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, mersisaydlılar “Beri”nin 15 yaşlı oyunçusu Emeka Obini heyətinə qatıb.

 

Bu barədə futbolçu özü də rəsmi tvitter hesabında dəyişiklik edib. Qeyd edək ki, 15 yaş 86 günlüyündə “Beri”nin heyətində debüt etmiş oyunçu gələcəyin ən istedadlı müdafiəçilərindən hesab olunur.

 

Rəsmi olaraq təsdiqlənməsə də, “qırmızılar”ın yeniyetmə oyunçu üçün altırəqəmli bir məbləğ ödəyəcəyi deyilir.

 

Emeka Obi Twitter