[b]Premyer Liqa klubu 35 yaşlı oyunçunu istəyir[/b]
02.10.2017 - 23:03
[b]Premyer Liqa klubu 35 yaşlı oyunçunu istəyir[/b]

İtaliya millisinin və “Milan”ın sabiq hücumçusu Alberto Cilardinyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçunun xidmətində autsayder “Kristal Pelas” maraqlıdı.

 

Bu barədə ESPN xəbər yayıb. Bildirilib ki, hazırda azad agent olan hücumçunun milli komandaların oyunlarıyla bağlı yaranmış fasilədən sonra London klubuyla müqavilə bağlayacaq.

 

Karyerası ərzində “Parma”, “Milan”, “Fiorentina” kimi klublarda top qovmuş Cilardinyonun son komandası “Peskara” olub. Bu il həmin komandadan ayrılan hücumçu hələ ki, işsizdi.

 

Qeyd edək ki, 2004-2013-cü illər aralığında İtaliya millisinin şərəfini qoruyan Alberto şans qazandığı 57 oyunda 19 qola imza atıb.