[b]Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşdı[/b]
16.03.2017 - 16:02
İngiltərə futbolunda növbəti məşqçi ayrılığı baş verib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “Midlsbro” Aytor Karanka ilə yolları ayırıb.
İspaniyalı çalışdırıcının klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Karankanın yerinə kimin gətiriləcəyi hələ bəlli deyil.
Premyer Liqanın cari mövsümündə 27 oyuna 22 xal toplayan “Midlsbro” turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 43 yaşlı məşqçi “Midlsbro”nu 2013-cü ildən çalışdırırdı.
0
0