[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]
07.06.2017 - 11:35
“Sauthempton”un baş məşqçisi Klod Pyuel vəzifəsindən uzaqlaşdırılıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxışı göstərilib.
Belə ki, İngiltərə Premyer Liqa təmsilçisinin ötən mövsümü 8-ci pillədə başa vurması rəhbərliyin ürəyincə olmayıb. Nəticədə fransalı çalışdırıcı bir il çalışdığı komandadan qovulub.
Qeyd edək ki, Klod Pyuelin “Sent-Etyen”ə keçməsi gözlənilir.
0
0