[b]Premyer Liqa klubu gündə 2 məşqlə - FOTO[/b]
27.01.2018 - 13:36
[b]Premyer Liqa klubu gündə 2 məşqlə - FOTO[/b]

Mövsümün ikinci yarısına hazırlaşan “Zirə”nin Antalyadakı çalışmaları davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda dünəni iki məşqlə keçirib.

 

Günün ilk çalışmalarında bakılılar əsasən fiziki hazırlıqlar üzərində çalışıblar. Baş məşqçi Ayxan Abbasov ikinci məşqdə isə texniki-taktiki hazırlıqlara üstünlük verib.

 

Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində ilk yoxlama görüşünü bu gün Rumıniya klubu “Volentaru”ya qarşı keçirəcək.

0