[b]Premyer Liqa klubu Türkiyəyə yollanır[/b]
10.07.2016 - 22:48
“Sumqayıt” 2016/2017 futbol mövsümü üçün hazırlığın birinci mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, bir günlük istirahətin ardından Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyəyə yollanacaq.
Səfər iyulun 12-də baş tutacaq. "Kimyaçılar" iyulun 26-dək Bolu bölgəsində təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi isə hələ ki, bəlli deyil.
0
0