İngiltərənin “Arsenal” klubu 2 futbolçusu ilə müqavilənin müddətini uzatmaq niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bunlar ispaniyalı yarımmüdafiəçi Santi Kasorla və almaniyalı müdafiəçi Per Mertezakerdi.
Məlumatı “topçular”ın çalışdırıcısı Arsen Venger də təsdiqləyib. O bildirib ki, “Arsenal” rəhbərliyi hər 2 futbolçu ilə danışıqlara start verib: “Həm Kasorla, həm də Mertezakerə komandanın ehtiyacı var. Buna görə də, onlarla müqaviləni yeniləmək şansımızdan istifadə etmək istəyirik. “Arsenal”da təcrübəli və gənc futbolçular arasında balans saxlanılmalıdı”.
Qeyd edək ki, Kasorla 2012, Martezaker isə 2011-ci ildən “Arsenal”da çıxış edir.