“Mançester Yunayted” bu mövsümkü çıxışından 150 milyon funt-sterlinq qazanıb. Apasport.az saytının məlumatına görə, bununla da “qırmızı şeytanlar”ın Premyer Liqa tarixində ümumi qazancı 1 milyard funtu keçib.
Bu barədə informasiyanı Böyük Britaniyanın nüfuzlu iqtisadi araşdırmalar şirkəti “Spreadeks” yayıb. Şirkətin hesabatında qeyd edilib ki, manukunianların son mövsüməqədərki qazancı 870 milyon funt olub. Cari gəlirləri də topladıqda xalis gəlir 1 milyardı keçir. Mançester təmsilçisi fantastik uğura imza atan ilk klub olub.
İkinci yerdə “Arsenal” qərarlaşıb. “Topçular”ın ümumi qazancı 870.3 milyondur. Sonrakı pillələrdə isə “Liverpul” (815.4 mln.), “Çelsi” (815.3 mln.) və “Tottenhem” (750.3 mln.) qərarlaşıb.
Şirkətin açıqlamasında o da qeyd olunub ki, Premyer Liqanın yaranmasından (1992/93 mövsümü) bu vaxta qədər iştirak etmiş 49 komanda ümumilikdə 14.8 milyard funt gəlir əldə edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA