[b]Premyer Liqada 2 oyunun məkanı dəyişdirildi[/b]
01.02.2017 - 17:32
[b]Premyer Liqada 2 oyunun məkanı dəyişdirildi[/b]

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası (PFL) Premyer Liqasının XVI turu ilə bağlı dəyişikliklər həyata keçirib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turun 2 görüşünün məkanı dəyişdirilib.  

 

Belə ki, “Kəpəz” – “Zirə” matçı Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Çempionatın IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.



XVI turun “Neftçi” – “Qəbələ” qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq. 

 

Qeyd edək ki, “Zirə” – “Kəpəz” matçı saat 14:00-da, AZAL – “Qarabağ” görüşü isə 15:00-da start götürəcək.