[b]Premyer Liqada antirekord[/b]
02.10.2017 - 09:47
Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” – “Kəpəz” görüşü çempionatın ən az tamaşaçı toplayan matçı olub.
VII turun qarşılaşmasını cəmi 175 tamaşaçı izləyib. Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi matçdakı bu rəqəm mövsümün ən aşağı göstəricisidi.
Bunadək ən az tamaşaçı “Səbail”in ev matçlarına təsadüf etmişdi. II turun “Neftçi” və V turun “Qəbələ” ilə oyunlarını cəmi 200 tamaşaçı seyr edib. Həmin görüşlərin ikisi də “Dalğa Arena”da baş tutub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0