İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşıları bəlli olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ən yaxşı baş məşqçi və futbolçunun kimliyi açıqlanıb.
Ən yaxşı baş məşqçi adına “Liverpul”un çalışdırıcısı Yurgen Klopp layiq görülüb. “Qırmızılar” sentyabr ayında onun rəhbərliyi altında keçirdiyi hər 3 qarşılaşmada (“Lester” – 4:1, “Çelsi” – 2:1, “Hall Siti” – 5:1) qələbə qazanıb.
Ötən ayın ən yaxşı futbolçusu isə “Tottenhem”in hücumçusu Hyun-Min Son seçilib. London klubu ay ərzində keçirdiyi hər 3 görüşdə qələbə qazanıb ki, Son bu qarşılaşmalarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi koreyalı Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilən ilk asiyalı futbolçu olub.