Azərbaycan Premyer Liqasında daha bir oyunun məkanı dəyişdirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Neftçi” ilə “Səbail” komandaları VIII turda 8-ci km qəsəbə stadionunda qarşılaşmayacaqlar.
Buna səbəb “ağ-qaralar”ın arenasının qazonunda yenilənmə işlərinin aparılmasıdı. “Neftçi” rəhbərliyi bunu əsas gətirərək, görüşün yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib. Qonaq komandanın da razılıq məktubunu alan qurum oktyabrın 15-dəki qarşılaşmanın “Dalğa Arena”da oynanılmasına və “Səbail”in ev sahibi olmasına qərar verib.
Bu klubların III dövrədəki oyununda isə “Neftçi” rəqibini qəbul edəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"