[b]Premyer Liqada mövsümün ən yaxşısı adına 6 namizəd[/b]
13.04.2017 - 14:17
[b]Premyer Liqada mövsümün ən yaxşısı adına 6 namizəd[/b]

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqada mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Apasport.az saytı xəbər verir ki, bu yerə 6 nəfər namizəd göstərilib.

 

Bunlar “Çelsi”nin iki üzvü Eden Azar, Nqolo Kante, “Mançester Yunayted”in forvardı Zlatan İbrahimoviç, “Arsenal”ın liderlərindən olan Aleksis Sançes, “Tottenhem”in qol “silahı” Harri Keyn və “Everton”un bombardiri Romelu Lukakudu. 23 qolla hazırda Premyer Liqada bombardirlik yarışına başçılıq edən Lukaku bu ada ən layiqli namizəd hesab edilir. Onun əsas rəqibi isə Keyn göstərilir.

 

PFA həmçinin mövsümün ən yaxşı gənc futbolçusu adına namizədləri də müəyyənləşdirib. Keyn və Lukaku burda da mükafata iddialıdı. Həmçinin Maykl Kin (“Bernli”), Cordan Pikford (“Sanderlend”), Leroy Sane (“Mançester Siti”) və ötənilki mükafatın qalibi Dele Alli (“Tottenhem”) də namizədlər arasında yer alıb.

 

Qaliblərin adları aprelin 23-də keçiriləcək tədbirdə açıqlanacaq.

 

Qeyd edək ki, ötən mövsümün ən yaxşı futbolçusu “Lester”in əlcəzairli yarımmüdafiəçisi Riyad Mahrez seçilmişdi.

0