[b]Premyer Liqada XXIII turun oyunlarının vaxtı açıqlandı[/b]
15.03.2017 - 11:17
[b]Premyer Liqada XXIII turun oyunlarının vaxtı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur martın 18-19-da baş tutacaq.

 

Turun “Neftçi” və “İnter” arasında mərkəzi oyun turun ilk günü baş tutacaq. Qarşılaşma qeyri-adi vaxtda – 19:37-də start götürəcək. Bu da “Neftçi”nin 1937-ci il martın 18-də yaranması ilə bağlıdı. Paytaxt derbisi 80 illiyə təsadüf etdiyindən matç bu saatda start götürəcək.

 

Həftənin son matçında isə ötən mövsümün mükafatçıları qarşılaşacaq. Martın 19-da keçiriləcək “Zirə” - “Qarabağ” matçı 18:30-da başlayacaq.

 

 

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

XXIII tur

18 mart (şənbə)

 

16:00. “Kəpəz” – “Sumqayıt”

Gəncə şəhər stadionu

 

19:37. “Neftçi” – “İnter”

8-ci km qəsəbə stadionu

 

19 mart (bazar)

 

15:30. AZAL – “Qəbələ”

“AZAL Arena”

 

18:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu