[b]Premyer Liqadan milliyə qələbə ilə[/b]
06.11.2016 - 02:31
Portuqaliya Premyer Liqasında X turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta” da növbəti oyununu keçirib.
“Damalılar” “Rio Ave”nin qonağı olublar. Görüş milli üzvünün komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Kamran matça start heyətində başlayıb və oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, bu qələbə ilə xalını 13-ə yüksəldən “Boavişta” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
0
0