Topaz Premyer Liqasında üçüncü və dördüncü dövrənin əksər turlarının bütün oyunları canlı yayımlanacaq. Bu barədə məlumatı apasport.az saytına “CBC Sport” telekanalının yeni baş direktoru Volkan Üst deyib.
Bu gün baş tutan Klublar Komitəsinin iclasında iştirak edən Üst klublarla razılığa gəldiklərini bildirib.
O söyləyib ki, iclasda gələn mövsümlə bağlı da müzakirələr aparılıb: “Çempionatın bütün oyunlarının canlı yayımlanması məsələsini klublarla müzakirə etdik. Hər iki tərəf öz təkliflərini irəli sürdü. Nəticədə 1-2 tur istisna olmaqla, çempionatın bütün turlarının 5 matçının canlı yayımlanması məsələsində razılığa gəldik. Həmin 1-2 turla bağlı müzakirəni də davam etdirəcəyik. Gələn mövsümdən isə konkret planlı iş qurulacaq”.
Qeyd edək ki, üçüncü və dördüncü dövrədə yayımla bağlı bir gündə maksimum 2 oyunun keçirilməsi gözlənilir.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI