“Rəvan”da vəziyyət dözülməz həddə çatıb. Apasport.az-ın futbolinfo.az saytına istinadəb xəbərinə görə, aylardı maaş verilməyən klubda hamı mövsümün bitməsini gözləyir.
“Qəbələ”ylə dünənki oyundan sonra bakılıların baş məşqçisi Bəhmən Həsənov futbolçulara yanvarın maaşının verildiyini desə də, əldə etdiyimiz məlumata görə, bu, ağ yalandı. Düzdü, futbolçular pul alıb, amma cəmi 200 manat. Bundan başqa, futbolçuların “Zirə”ylə görüşə çıxmayacağından ehtiyatlanan rəhbərlik aparıcı oyunçuların hər birinə 150 manat paylayıb. Əvvəlki ayların əməkhaqqısı isə hələ də borc olaraq qalır.
Həsənovun belə arxayın danışmasının isə səbəbi var. Belə ki, o, klub rəhbərliyi ilə birlikdə hər ayın maaşını qəpiyinə kimi alıblar, ortada qalan elə futbolçu heyətidi. Onların mövsümün bu vaxtında heç yerə gedə bilməyəcəklərini bildiklərindən futbolçuları xərclik verməklə aldadırlar.
Ümumiyyətlə, “Rəvan”ı himayə edən şirkətdə vəziyyət çox qarışıqdı. Hər gün şirkətin qarşısında maaşlarını tələb edənlərin izdihamını görmək olar. Xüsusilə tikinti sektorunda çalışanlar rəhbərliyin başını ağrıdır.
Maraqlıdı ki, bu sahəyə əvvəllər klubun vitse-prezidenti olmuş Bəhruz Şirəliyev nəzarət edir. Deyəsən, o, futbolu yarıdıb, indi də başqa sahələri “abadlaşdırır”.
Maaşla bağlı problem o qədər ciddidi ki, hətta klubun bazasının xadimələri də şikayətçidi. Rəhbərlik qəpik-qupuşa işləyən təmizlik işçilərinin zəhmət haqqını da aylardı yubadır. Bu səbəbdən onlar srağagün holdinqin sahibi Nuru Əliyevin qəbuluna düşmək istəyib. Onların bu istəyindən xəbər tutan klubun prezidenti Samir Maliksoy buna əngəl olub və maaşların bazar ertəsi veriləcəyini bildirib. Amma bu gün də xadimələrin pulu verilməyib.
Maliksoyun belə əl-ayağa düşməsinin səbəbi var. Samir bəyin günahı olmasa, o, xadimələrin qarşısını almazdı və o da istərdi ki, Nuru Əliyevə mövcud problemlər çatdırılsın. Amma klub prezidenti “başqa işlər” gördüyündən indi belə “üsyan”ları boğmağa məcburdu. Bildiyimizə görə, şirkət tərəfindən işçilərin maaşının böyük hissəsi ödənilib, sadəcə, hamısı Samir bəyin seyfində ilişib qalıb. Bir müddət öncə maliyyəni düzgün xərcləmədiyinə görə hətta avtomobili əlindən alınan prezident indi pis vəziyyətdə qalıb. İndi o, havaya sovurduğu pulları yerinə qoya bilmir, bunun əziyyətini isə hətta süpürgəçilər çəkir (foto: "idmanxeber")
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”