Qətərlə bu gün keçirilən yoxlama oyunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin əvvəlindən yığmamıza rəhbərlik edən xorvatiyalı bu postda 5-ci dəfə qələbə sevinci yaşayıb.
Belə ki, Asiya təmsilçisi ilə matç onun millimizdə 17-ci sınağı olub. Başa çatan son iki ilin hərəsində 8 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis bu matçadək 4 qələbəyə sevinmişdi. Dohadakı 2:1 hesablı qalibiyyət isə yubiley – 5-ci kimi tarixə düşüb.
Prosineçki bu müddətdə 6 heç-heçəyə sevinib və 6 dəfə məğlubiyyət acısı yaşayıb. Onun rəhbərliyi altında komandamız top fərqində də mütəxəssisi məyus edib – 14:22.
Səfər sınağı xorvatiyalının 7-ci yoxlama oyunu idi. 2-ci qələbəsini görən Prosineçki 2 heç-heçə və 3 məğlubiyyət də yaşayıb. Prosineçki bu matçlardakı top fərqinə də üzülüb – 7:11.