[b]Prosineçki brifinq keçirəcək [/b]
14.03.2017 - 15:09
[b]Prosineçki brifinq keçirəcək [/b]

Sabah Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin mətbuat nümayəndələri üçün brifinqi təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, görüş “Boulevard Hotel”də keçiriləcək.

 

Brifinq AFFA-nın Hesabat Konfransı başa çatdıqdan sonra baş tutacaq. Konfrans martın 15-də saat 10:00-da başlayacaq.

 

Qeyd edək ki, xorvatiyalı mütəxəssis bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb. Tədbirdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

 

Mənbə: affa.az