Bu gün açıqlanan FİFA reytinqində dünyanın 87-ci komandası olan Azərbaycan millisi Robert Prosineçkinin rəhbərliyi altında ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız 2016-cı ilin oktyabrındakı rekordunu yeniləyib.
Həmin vaxt xorvatiyalının yetirmələri siyahıda 88-ci pillədə yer almışdı. Komandamız həmin rekordu 1 pillə yaxşılaşdırıb.
Ümumilikdə isə 87-ci yer milli tarixində 6-cı nəticədi. Yığmamız yalnız 2014-cü ilin aprel-avqust aylarında ardıcıl 5 dəfə daha yüksək mövqelərdə olub. Sonuncu uğurundan həmin ilin avqustundan sonra belə yüksəyə qalxmayan millimiz son 32 ayın ən yaxşı nəticəsini rəsmiləşdirib.
Qeyd edək ki, yığmamızın mütləq rekordu 73-cü pillədi. Komandamız 2014-cü ilin iyul və avqust aylarında bu mövqedə qərarlaşıb.