[b]Yad və doğma klub[/b]
15.11.2016 - 10:19
[b]Yad və doğma klub[/b]

Yığmamızın başa vurduğu 2016-cı ildə 16 klubun futbolçusu Azərbaycan millisinin formasını geyinib. Apasport.az saytının məlumatına görə, ilin 8 görüşündə Robert Prosineçkinin şans verdiyi 34 futbolçu 8 yerli və 8 xarici klubun təmsilçisi olub.

 

Bu oyunçulardan biri – Kamran Ağayev il ərzində üç klubdan milliyə çağırılıb. 6 futbolçu isə iki komandanı millidə təmsil edib.

 

Xorvatiyalı Topaz Premyer Liqasındakı bütün klubların üzvlərinə güvənib. Onun ən sevimli komandası isə “Qarabağ”dı. Artıq neçə ildi liderliyi aşkar olan Ağdam klubunun 10 üzvü il ərzində milli forması geyinib. Onlar ümumilikdə 42 matçda şans qazanıb və 4 qoldan ikisinə imza atıb.

 

İkinci sırada qərarlaşan “Qəbələ”nin liderdən çox geri qalır. 6 futbolçusu yığmada 19 matç keçirib. Onlar ümumilikdə 1 qol vurublar.

 

3-cü sırada əvvəlki liderliyini son illərdə əldən verən “Neftçi”, 4-cü pillədə isə “Sumqayıt”dı. Topaz Premyer Liqasının digər klubları isə xeyli uzaqda qərarlaşıb. Daim liderlər sırasında olan “İnter”in Prosineçkiyə yad təsir bağışlaması diqqət çəkir. Bu komandanın üzvləri cəmi 6 oyun keçirib. “Kəpəz” də eyni sayda, “Zirə” 5 görüşlə kifayətlənib. Çempionatın autsayderi AZAL-da isə bu rəqəm 1-di.

 

8 xarici kluba gəlincə, onlardan üçü Türkiyə, ikisi Almaniya, ikisi İspaniyanı təmsil edir. Portuqaliyanın yalnız bir klubu millimizə oyunçu versə də, “Boavişta”da belə futbolçuların sayı ikidi. Kamran Ağayevlə Emin Mahmudov oyun sayında da klublarını xaricilər arasında ilk sıraya daşıyıb. Dmitri Nazarov yığmada “Karslrue” və “Aue”nin hərəsini 4 dəfə təmsil edib. Ümumilikdə isə xarici klub təmsilçiləri üst-üstə 22 matça çıxıb.

 

Klubların millidəki təmsilçiliyi

 

1. “Qarabağ” – 10 futbolçu, 42 oyun, 2 qol

Maksim Medvedev - 7 (1), Qara Qarayev – 7, Əfran İsmayılov – 5 (1), Bədavi Hüseynov – 5, Arif Daşdəmirov – 4, Rahid Əmirquliyev – 4, Rəşad Sadıqov       - 4, Namiq Ələsgərov – 3, Coşqun Diniyev         - 2, Cavid Tağıyev - 1

2. “Qəbələ” – 6 futbolçu, 19 oyun, 1 qol

Məhəmməd Mirzəbəyov – 8, Ruslan Qurbanov – 4 (1), Ruslan Abışov – 3, Pavel Paşayev – 2, Rəşad Eyyubov       - 1, Arif Daşdəmirov         - 1

3. “Neftçi” – 3 futbolçu, 9 oyun

Araz Abdullayev      - 4, Ruslan Qurbanov       - 3, Rəhman Hacıyev - 2

4. “Sumqayıt” – 4 futbolçu, 7 oyun

Ağabala Ramazanov – 4, Kamran Ağayev – 1, Səlahət Ağayev – 1, Amil Yunanov - 1

5-6. “İnter” – 2 futbolçu, 6 oyun

Ağabala Ramazanov -       4, Kamran Ağayev - 2

“Kəpəz” – 3 futbolçu, 6 oyun

Tərlan Quliyev – 3, Namiq Ələsgərov – 2, Budaq Nəsirov - 1

7-8. “Boavişta” (Portuqaliya) – 2 futbolçu, 5 oyun

Kamran Ağayev      - 3, Emin Mahmudov - 2

“Zirə” – 4 futbolçu, 5 oyun

Elvin Məmmədov – 2, Anar Nəzirov - 1, Adil Nağıyev - 1, Vüqar Mustafayev - 1

9-11. “Trabzonspor” (Türkiyə) – 1 futbolçu, 4 oyun

Ramil Şeydayev      - 4

“Aue” (Almaniya) – 1 futbolçu, 4 oyun

Dmitri Nazarov - 4 

“Karlsrue” (Aımaniya) – 1 futbolçu, 4 oyun, 1 qol

Dmitri Nazarov - 4  (1)

12. “Kadis” (İspaniya) – 1 futbolçu, 2 oyun

Eddi İsrafilov - 2

13-16. AZAL – 1 futbolçu, 1 oyun

Murad Səttarlı – 1

“Bursaspor” (Türkiyə) – 1 futbolçu, 1 oyun

Dəniz Yılmaz – 1

“Kordoba” (İspaniya) – 1 futbolçu, 1 oyun

Eddi İsrafilov - 1

“Qaziantep BB” (Türkiyə) – 1 futbolçu, 1 oyun

Ufuk Budak – 1

 

Qeyd: ardıcıllıq oyun sayına əsasən tərtib edilib.