Madrid “Real”ının futbol tarixinin ən uğursuz 10 transferi açıqlanıb. Apasport.az-ın “realmadridnews.com” saytına istinadən məlumatına görə, böyük perspektiv vəd etməsinə baxmayaraq, ümidləri doğrultmayan oyunçuların siyahısında Azərbaycana tanış sima da var.
Belə ki, yığmamızın baş məşqçisi Robert Prosineçki də “kral klubu”nun ən uğursuz transferləri arasında göstərilib. Həmkarlarımız 9-cu sırada göstərdikləri Prosineçkinin “Real”dakı karyerasının uğursuz alınmasının səbəblərini də qeyd ediblər.
Məqalədə Prosineçkinin “Real”dan sonra oynadığı digər komandalarda bir ildən çox qalmadığı xüsusi vurğulanıb: “Real”ın o vaxtkı prezidenti Ramon Mendoza 1991-ci ildə xorvat incisi Prosineçkini 6 milyon avroya transfer etmişdi. Onda Prosineçkinin cəmi 21 yaşı var idi və Çempionlar Kubokunu qazanmış “Srvena Zvezda”nın liderlərindən biri sayılırdı. Ona “kristal oğlan” ləqəbi qoyulmuşdu, gələcəyinə böyük ümidlər bəslənilirdi. Lakin karyerası uğursuz alındı. Bunun əsas səbəbi zədələrlə yanaşı, həm də siqaret çəkməsi idi. Elə bu səbəbdən də “Santyaqo Bernabeu”nu tərk etdikdən sonra formasını geyindiyi komandalarda bir ildən çox qalmırdı. Bura “Barselona” karyerası da aiddi”.
“Real”ın uğursuz transfer “onluğ”unda hazırda karyerasını davam etdirənlər də var. Madridliləri bu baxımdan ən çox məyus edən futbolçu Elvir Baliç hesab edilir. Vaxtilə rekord qiymətə transfer edilən Kaka isə siyahıda 3-cü yerdə qərarlaşır.
“Real” tarixinin ən uğursuz transfer “onluğ”u belədi:
1. Elvir Baliç (Bosniya və Herseqovina) - 1999-2002
2. Yulian Fober (Fransa) - 2009
3. Kaka (Braziliya) – 2009-2013
4. Conatan Vudqeyt (İngiltərə) – 2004-2007
5. Pedraq Spasiç (Serbiya) – 1990-1991
6. Deyan Petkoviç (Serbiya) – 1995-1997
7. Antonio Kassano (İtaliya) – 2006-2008
8. Rodriqo Fabri (Braziliya) – 1998-2003
9. Robert Prosineçki (Xorvatiya) – 1991-1994
10. Royston Drente (Hollandiya) – 2007-2012
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"