Azərbaycan millisi 2016-cı ilin ilk FİFA reytinqində 116-cı pillədə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ilin əvvəli ilə müqayisədə 20 addım irəliləyib.
Bu da komandamızın 2015-ci ildəki çıxışı ilə bağlıdı. Ötən bir il müddətində 8 matçda qüvvəsini sınayan yığmamız 2 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. 8 qol vurub, 12-ni buraxan komandamız bu qarşılaşmaların nəticələri hesabına 20 pillə irəliləyib.
2015-ci il yığmamızın indiki baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk il olub. Düzdü, xorvatiyalı 2014-cü ilin sonunda bu posta təyin olunmuşdu. Lakin onun rəhbərliyi altında bütün matçlar məhz son 1 ilə təsadüf edib. Millimiz də ötən ilin əvvəlindəki mövqeyini 20 pillə yaxşılaşdırıb. Lakin bu göstərici komandanın ən uğurlu nəticələrindən çox uzaqdı.
Belə ki, cəmi 2 il öncə komandamız 94-cü – indikindən 22 pillə yüksəkdə yer alıb. Millinin tarixində ilk “100-lük”də başladığı daha iki il olub. Futbolçularımız 2000 və 2011-ci illərin startında 97-ci pillədə qərarlaşıb.
Azərbaycan millisi üçün ilin ilk reytinqi
|
Il |
İlk reytinqdəki yer |
|
1994 |
170 |
|
1995 |
148 |
|
1996 |
141 |
|
1997 |
125 |
|
1998 |
124 |
|
1999 |
101 |
|
2000 |
97 |
|
2001 |
115 |
|
2002 |
113 |
|
2003 |
116 |
|
2004 |
114 |
|
2005 |
115 |
|
2006 |
114 |
|
2007 |
127 |
|
2008 |
116 |
|
2009 |
134 |
|
2010 |
114 |
|
2011 |
97 |
|
2012 |
111 |
|
2013 |
118 |
|
2014 |
94 |
|
2015 |
136 |
|
2016 |
116 |