DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdən bir gün əvvəl hər iki komandanın mətbuat konfransı təşkil olunacaq.
Oktyabrın 7-də saat 18:30-da Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo jurnalistlərin suallarını cavablandıracaq. Saat 19:45-də isə yığmamızın çalışdırıcısı Robert Prosinçeki media önünə çıxacaq.
Hər iki mətbuat konfransı, həmçinin açıq məşq prosesləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Skandinaviyalıların saat 19:00, yığmamızın 20:15-də başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Mənbə: affa.az