[b]Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı[/b]
10.10.2016 - 10:34
[b]Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə baş tutacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah - oktyabrın 11-də baş tutacaq matçdan bir gün öncə baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.

                                          

Xorvatiyalı mütəxəssis bu gün Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

 

Mənbə: affa.az