[b]PSJ-nin futbolçusu “Bavariya”nın gündəmində[/b]
02.11.2017 - 18:22
[b]PSJ-nin futbolçusu “Bavariya”nın gündəmində[/b]

PSJ-nin yarımmüdafiəçisi Yulian Draksler karyerasını ölkəsi Almaniyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Bavariya”nın maraq dairəsinə düşüb.

 

Fransa klubunda əsas heyətdəki yerini itirən 24 yaşlı oyunçu çox güman ki, ən geci mövsümün sonunda yola salınacaq. Həm bu, həm də maliyyə feyr-pleyinə görə, PSJ rəhbərliyi onun satıla biləcəyini istisna etməyib. Bundan yararlanmaq istəyən “Bavariya” Almaniya millisinin üzvünü transfer etmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Yulian Draksler PSJ-yə bu ilin əvvəlində “Volfsburq”dan keçib.