[b]PSJ-nin futbolçusuna 2 aylıq həbs cəzası[/b]
26.09.2016 - 16:33
[b]PSJ-nin futbolçusuna 2 aylıq həbs cəzası[/b]

PSJ klubunun futbolçusu Serj Orye ilə bağlı məhkəmənin yekun qərarı açıqlanıb. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan müdafiəçi 2 aylıq həbs cəzası almaqla yanaşı, 2100 avro məbləğində cərimə edilib.

 

Buna Oryenin mayın 30-da əylənməyə getdiyi gecə klubundan ayrılarkən, onu yoxlamaq istəyən polislə dalaşması səbəb olub.

 

Cəza ilə razılaşmayan 24 yaşlı futbolçu apellyasiya məhkəməsinə müraciət edəcək.

 

Qeyd edək ki, 2 aylıq həbs cəzasını pul cəriməsi ilə qarşılamaq hüququna yiyələnən Orye Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Ludoqorets”lə matçda iştirak edə biləcək.