[b]PSJ-nin hücumçusu La Liqada[/b]
31.01.2017 - 15:33
[b]PSJ-nin hücumçusu La Liqada[/b]

PSJ-nin hücumçusu Xese Rodriges yenidən La Liqada çıxış edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard “Las Palmas”la anlaşıb.

 

Ötən yay “Real”dan PSJ-yə keçən 23 yaşlı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. O, mövsümün sonuna qədər formasını geyinəcəyi “Las Palmas”da 2,8 milyon avro maaş qazanacaq.

 

Qeyd edək ki, Xese Rodriges cari mövsüm PSJ-nin heyətində keçirdiyi 9 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.