[b]PSJ-nin sabiq futbolçusu “Zirə” ilə müqavilə bağladı[/b]
09.06.2017 - 16:36
[b]PSJ-nin sabiq futbolçusu “Zirə” ilə müqavilə bağladı[/b]

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” daha bir futbolçu ilə güclənib. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub.

 

Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 

28 yaşlı Manqa Fransanın PSJ klubunun yetiriməsidi. Karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu isə İsrail təmsilçisi “Hapoel Aşkelon” olub.
 

Qeyd edək ki, David Manqa 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.