[b]PSJ Tiaqo Silva ilə razılığa gəldi[/b]
05.11.2016 - 15:14
[b]PSJ Tiaqo Silva ilə razılığa gəldi[/b]

PSJ rəhbərliyi komandanın aparıcı futbolçularından olan Tiaqo Silva ilə yeni müqavilə barəsində razılığa gəlib. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin anlaşmasının müddəti 2019-cu ilə qədər uzadılacaq.

 

Bu isə o deməkdi ki, Silva İtaliyaya qayıtmaq fikrindən uzaqdı. Xarici mətbuatda onun adı “Milan”la birgə çəkilsə də, “sambaçı” PSJ-də qalmağa qərar verib.

 

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən Paris təmsilçisinin uğurları üçün çalışır.