[b]PSJ və “Çelsi”nin hücumçu mübarizəsi[/b]
10.01.2017 - 14:26
[b]PSJ və “Çelsi”nin hücumçu mübarizəsi[/b]

“Suonsi”nin hücumçusu Fernando Lyorente Avropa nəhənglərinin maraq dairəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı forvard “Çelsi” və ya PSJ-nin formasını geyinə bilər.

 

Belə ki, London klubundan sonra parislilər də 32 yaşlı oyunçunu transfer etmək fikrinə düşüblər. Fransa klubunun baş məşqçisi Unay Emeri İspaniya millisinin sabiq üzvünü ixtiyarında görmək istədiyini təsdiqləyib.

 

Qeyd edək ki, Fernando Lyerente “Suonsi”yə ötən il “Sevilya”dan keçib.