[b]PSJ Verrattini satmağa hazırdı[/b]
18.02.2017 - 11:08
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Avropa nəhənglərinin gündəmindən düşmür. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi də ulduz futbolçunun gedişinə qarşı deyil.
Ancaq fransızlar onu almaq istəyən klubun 80 milyon avro xərcə düşməli olduğunu bəyan ediblər. 24 yaşlı oyunçunun xidmətində ən çox maraqlı olan klublar isə “Barselona”, “İnter” və “Yuventus”du.
Qeyd edək ki, Marko Verratti cari mövsüm Fransa çempionatında keçirdiyi 17 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0