[b]Qalmaqallı oyunun hakimi mövsümün ən aşağı qiymətini aldı[/b]
22.02.2016 - 17:10
[b]Qalmaqallı oyunun hakimi mövsümün ən aşağı qiymətini aldı[/b]

Türkiyə Superliqasının XXII turunda keçirilən “Qalatasaray” – “Trabzonspor” görüşünün baş hakimi Dəniz Atəş Bitnelin idarəçiliyi mövsümün ən aşağı qiymətinə layiq görülüb. Apasport.az hurriyet.com.tr saytına istinadən xəbər verir ki, qalmaqallı matçın ədalət qoruyucusu 6.5 balla qiymətləndirilib.

 

Bu, FİFA referisi adını daşıyan Bitnelin hakimlik karyerasına böyük zərbə kimi qiymətləndirilib.

 

Hakimlər Komitəsinin Dəniz Atəş Bitnelə ağır cəza tətbiq edəcəyi bildirilir. Adətən bu cür hallarda referi minimum 4 oyunluq cəzalandırılır. Lakin Bitnelin daha sərt cəzaya məruz qalacağı, hətta mövsümü bitirəcəyi ehtimal edilir.

 

Qeyd edək ki, “Qalatasaray”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bitnel “Trabzonspor”un 4 futbolçusuna qırmızı vərəqə göstərib. Qonaqların 7 nəfərlə tamamladığı matçda o, “bordo-mavililər”dən Özər Hurmacı, Aykut Dəmir, Luis Kavanda və Salih Dursunu meydandan qovub.