[b]Qapıya 53 zərbə qələbəyə yetmədi[/b]
26.09.2016 - 11:39
[b]Qapıya 53 zərbə qələbəyə yetmədi[/b]

Futzal üzrə dünya çempionatının 1/4 final mərhələsinin Kalidə keçirilən Azərbaycan – Portuqaliya oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA qarşılaşmanın rəqəmlərini hesablayıb.

 

Yığmamızın 2:3 hesabı ilə uduzduğu matç təxminən bərabər səviyyədə keçib. Pireneylilər topa nəzarətdə cüzi üstünlüyə malik olsa da, millimiz çərçivəni daha çox nişan alıb.

 

Lakin 53 zərbə endirən futzalçılarımız dəqiqlikdə rəqibdən geri qalıb. Ümumiyyətlə 40 dəqiqə ərzində 53 dəfə çərçivəni nişan alan komandamız mundialın yalnız bir matçında daha fəal olmuşdu. Komandamız Tailandla qarşılaşmada 72 zərbə ilə diqqət çəkmişdi.

 

Azərbaycan

 

Portuqaliya

49

Topa sahib olma

51

53

Zərbələr

41

15

Çərçivəyə zərbələr

10

17

Çərçivəyə düşməyən zərbələr

16

21

Dəf olunan zərbələr

15

5

Qayda pozuntuları

4

1

Sarı vərəqələr

1

0

Qırmızı vərəqələr

0

0

İkinci sarıya görə qırmızı

0

11

Künc zərbələri

7

0

Penaltidən qol

0

0

Qeyri-dəqiq penalti

0

7

“Seyv”lər

11

0