[b]Qara 100-ü yarıladı[/b]
12.07.2017 - 00:05
[b]Qara 100-ü yarıladı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayaraq, avrokuboklarda 50-ci oyununa çıxıb.

 

100-ü yarılayan Qara bu matça qədər 49 dəfə qitə miqyaslı klub turnirlərində iştirak edib. O, bütün matçları eyni komandada – “Qarabağ”da oynayıb. Hələ qol hesabını açmayan futbolçu Çempionlar Liqasında 12, Avropa Liqasında 37 görüşə çıxıb. O, keçirdiyi qarşılaşmalarda ümumilikdə 9 sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, Qarayevin avrokubok debütü 2010-cu ilə təsadüf edib. Avropa Liqasının 2010/11 mövsümünün “Metallurq”la görüşü 18 yaşlı yarımmüdafiəçi üçün ilk olub. İyulun 8-də Makedoniya təmsilçisi ilə Skopyedəki oyunda qalib müəyyənləşməmişdi – 1:1.

 

Qara Qarayev avrokuboklarda

 

mövsüm

turnir

oyun

qol

2010/11

Avropa Liqası

2

0

2011/12

Avropa Liqası

4

0

2013/14

Avropa Liqası

8

0

2014/15

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

8

0

2015/16

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

8

0

2016/17

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

7

0

Cəmi

 

49

0