Topaz Premyer Liqasının XXV turunda “Rəvan”la matçda zədələnən “İnter”in hücumçusu Qara Qarayevin vəziyyətinə tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ilkin olaraq, futbolçunun zədəsinin ciddi olmadığı diaqnozu qoyulsa da, gümanlar özünü doğrultmayıb.
Belə ki, gənc forvard MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçdikdən sonra onda gematoma və şişmə aşkar edilib. Həkimlər Qarayevin təxminən 20-25 günə yaşıl meydanlara qayıdacağını bildiriblər.
“İnter”in digər zədəli futbolçusu Laşa Salukvadzenin də durumuna aydınlıq gəlib. Qarayevdən fərqli, gürcü müdafiəçinin zədəsinin ciddi olmadığı üzə çıxıb. Salukvadze təxminən 1 həftəyə sıraya dönəcək.