Madrid “Real”ının futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Marca” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqanın iki klubu uelsli yarımmüdafiəçi ilə maraqlanır.
Söhbət “Mançester Yunayted” və “Çelsi”dən gedir. Hər iki klub Beyli heyətinə qatmaqda israrlıdı və bu keçidin qarşılığında “Real”a 200 milyon avro ödəməyə hazırdı. Bu isə o deməkdi ki, 27 yaşlı futbolçu “Mançester Yunayted” və ya “Çelsi”yə keçsə, Pol Poqbanı qabaqlayaraq, futbol tarixinin ən bahalı transferi olacaq.
Beyl “Dumanlı Albion”a qayıtmaqla İngiltərədə rekord məvacib – həftədə 400 min avro ala bilər.
Qeyd edək ki, karyerası ərzində “Sauthempton” və “Tottenhem” klublarının da formasını geyinmiş Qaret Beyl 2013-cü ildən “Real”ın uğurları üçün çalışır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı