[b]Qaret Beylin dəyəri açıqlandı[/b]
14.10.2016 - 14:34
Madrid “Real”ının futbolçusu Qaret Beylin transfer qiyməti bəlli olub. Apasort.az saytı ESPN-ə istinadən xəbər verir ki, “qalaktikos”la imzaladığı yeni müqavilədə uelsli oyunçunun 500 milyon avro qarşılığında başqa kluba keçə biləcəyi göstərilib.
Bu isə onu göstərir ki, “Real” rəhbərliyi Beyllə əməkdaşlığı uzun müddət davam etdirmək niyyətindədi. Futbolçunun özü də karyerasını Madrid təmsilçisində davam etdirməkdən məmnundu.
Qeyd edək ki, “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunan Beyl “kral klubu”nun heyətində bu vaxta qədər 131 oyunda 61 qola imza atıb.
0
0