[b]Qaret Beylin durumuna aydınlıq gəldi[/b]
17.04.2017 - 18:03
[b]Qaret Beylin durumuna aydınlıq gəldi[/b]

“Real”ın hücumçusu Qaret Beylin son durumu bəlli olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya qarşı keçiriləcək cavab qarşılaşmasını buraxacaq.

 

Münhen təmsilçisi ilə səfər görüşündə zədələnən və La Liqanın son turunda “Sportinq Xixon”la (3:2) oyunu buraxan 28 yaşlı oyunçu “kral klubu”nun son məşqində iştirak etməyib. Əzələsində şiş olduğu aşkarlanan futbolçuya həkimlər sabahkı matçda meydana çıxmağa icazə verməyiblər.

 

Qeyd edək ki, “Real”la “Bavariya” sabah “Santyaqo Bernabeu” stadionunda üz-üzə gələcəklər. Bu komandalar arasında Almaniyada keçirilən ilk oyunda ispanlar (2:1) qələbə qazanıblar.