[b]Qazaxıstan millisi Azərbaycanla oyuna baş məşqçi tapdı[/b]
07.03.2016 - 09:01
[b]Qazaxıstan millisi Azərbaycanla oyuna baş məşqçi tapdı[/b]

Martın 26-da Azərbaycan milli komandası ilə qarşılaşacaq Qazaxıstan yığmasını bu yoxlama oyununa çıxaracaq məşqçilər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna əcnəbi gətirməkdə maraqlı olan Qazaxıstan Futbol Federasiyası bu ay keçiriləcək matçlar üçün bu vəzifəni müvəqqəti icraçılara tapşırmaq niyyətindədi.

 

Belə ki, Gürcüstan və Azərbaycanla iki yoxlama matçına çıxacaq rəqibimizin “sükanı arxası”na cütlük keçib. Bu qarşılaşmalarda komandaya Nurken Mazbayev və Talqat Baysufanovun rəhbərlik etməsi gözlənilir.

 

Onlar bu görüşlərdə baş məşqçi əvəzi kimi fəaliyyət göstərəcək. Mazbayev əvvəlki baş məşqçi Yuri Krasnojanın köməkçilərindən olub. Baysufanov isə hazırda da “Akjayık” klubunun baş məşqçisidi.

 

Qeyd edək ki, martın 26-da Antalyada Azərbaycan, 3 gün sonra Tiflisdə Gürcüstanla qarşılaşacaq Qazaxıstan millisinin baş məşqçisi postuna əsas namizəd Cennaro Qattuzodu.