17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təmsilçilərimizin Qazaxıstanda keçirilən “Prezident kuboku” turnirində ən böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Rusiya-2 komandasına 12:1 hesabı ilə qalib gələn millimiz 2 il əvvəlki rekordunu yeniləyib.
İndiyədək bu turnirdəki ən böyükhesablı qələbəmiz 2014-cü ildə qeydə alınmışdı. Həmin vaxt U-17 Qırğızıstanı 5:0 hesabı ilə məğlub etmişdi. Ümumilikdə isə Azərbaycan komandaları 2009-cu ildən hər dəfə qatıldığı yarışda 4 böyükhesablı qələbəyə nail olub.
2009
“Akademiya” – “Rubin” (Rusiya) – 3:0
2010
“Bakı” – SUAR (Çin) 4:0
2014
U-17 - Qırğızıstan 5:0
2016
U-17 - Rusiya-2 12:1
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ