[b]Qazaxıstanlı veteran Azərbaycan çempionatına qiymət verdi[/b]
02.02.2016 - 11:47
[b]Qazaxıstanlı veteran Azərbaycan çempionatına qiymət verdi[/b]

Topaz Premyer Liqasının postsovet məkanında ən yaxşılardan biridi. Apasport.az saytının məlumatına görə, Qazaxıstan futbolunun veteranı Sergey Volgin bu qənaətdədi.

 

Yubiley - 25-ci ölkə çempionatı öncəsi müsahibə verən veteran liqaların gücü ilə bağlı da danışıb.

 

O, Azərbaycan çempionatının da güclü olduğunu bildirib: “Mənim üçün digər çempionatların gücü barədə fikir yürütmək çətindi. Belarus çempionatı barədə məlumatım yoxdu. Eşitmişəm ki, Azərbaycanda da çempionat güclüdü, bu liqaya tanınmış legionerlər də gedir. Aydın məsələdi ki, Rusiya və Ukrayna digərləri ilə müqayisə olunmayacaq qədər üstündü. Əgər mütəxəssislər Qazaxıstan çempionatının postsovet məkanında yalnız Rusiya və Ukraynadan geri qalaraq, 3-cü olması haqda fikirlər söyləyirsə, yəqin ki, bunda ədalət var”.

 

Qeyd edək ki, futbolçu kimi Moskva “Spartak”ı, “Kayrat”, “Fakel” kimi klublarda oynamış Volgin 2001-ci ildən başladığı məşqçilik fəaliyyətində Qazaxıstan və Rusiya komandalarında çalışıb. 1992-ci ildə Almatı klubu ilə Qazaxıstan çempionatı və kubokunu qazanan futbolçu mövsümün ən yaxşı oyunçusu seçilib.