“Fənərbaxça” klubunun əcnəbi futbolçuları Türkiyə Kubokunda “Kayserispor” üzərində qələbəni fərqli formada qeyd ediblər. Apasport.az-ın “milliyet.com.tr” saytına istinadən məlumatına görə, 6 legioner yanvarın 30-da keçirilən qarşılaşmadan sonra gecə klubuna yollanıb.
Bunlar Robin van Persi, Luiş Nani, Simon Kyaer, Bruno Alveş, Lazar Markoviç və Miçal Kadleçdi. 120 dəqiqəlik ağır matçın verdiyi yorğunluğa baxmayaraq, əyləncələrindən qalmayan ulduzlar birlikdə Reinada bir məkana daxil olublar. Onları gətirən VİP avtobus yarım saat sonra həmin əraziyə 5 qadın gətirib. Həmin gözəllər də futbolçuların yanına gediblər.
Səhər saat 5-ə qədər əylənən futbolçulardan Nani və van Persinin xanımlarla daha səmimi olması və dayanmadan rəqs etməsi diqqətdən qaçmayıb.
Digər oyunçular taksi ilə məkanı tərk ediblərsə, Nani və van Persi eyni VİP avtobusa miniblər. Arxa qapıya isə taksi çağıran cütlük 3 xanımı da ona mindirib. Həmin taksi ilə içində oyunçuların olduğu VİP avtobusun şəhərdə yan-yana getməsi diqqətdən yayınmayıb.
Səhərə qədər əylənən futbolçulardan Nani və van Persi evlidilər. Türkiyə mətbuatı bu hadisədən sonra onların həyat yoldaşlarının buna münasibətinin maraqlı olacağını yazıb.
Qeyd edək ki, Türkiyə Kubokunun 1/8 final mərhələsində “Kayserispor” üzərində 1:0 hesablı qələbə qazanan “Fənərbaxça” 1/4 finala adlayıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"