[b]Qətər - Azərbaycan matçının hakimləri bəlli oldu[/b]
09.03.2017 - 14:27
Qətər - Azərbaycan oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün Doha şəhərindəki “Əl Sadd” stadionunda baş tutacaq matçı macarıstanlı hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi Ferens Karako olacaq. Ona Peter Berettian və Balaş Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 20:00 başlayacaq.
0
0