Azərbaycan millisinin Qətərlə keçirəcəyi yoldaşlıq görüşünün məkanı və vaxtı müəyyənləşib. Apasport.az saytı Qətər Futbol Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, martın 9-da baş tutacaq qarşılaşma Doha şəhərində, 12 min 946 tamaşaçı tutumuna malik “Jassim Ben Hamad” stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 19:00) start götürəcək. Bu oyun Qətər yığması üçün DÇ-2018-in seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Belə ki, qətərlilər martın 23-də İran, 28-də isə Özbəkistanla üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan millisi isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını martın 26-da Bakıda Almaniyaya qarşı keçirəcək.