Azərbaycan Premyer Liqasının XXVI turunun “İnter” – “Qarabağ” görüşünü Rəhim Həsənov idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu matç FİFA referisinin cari mövsümdə 16-cı çempionat oyunu olacaq.
O, “İnter Arena”dakı qarşılaşmaya qədər Premyer Liqada 15 dəfə meydana çıxıb. Bu matçlarda meydan sahibi olan komandalar üstünlüyə malikdi. Onlar 9 dəfə qalib gəlib, 3 heç-heçə edib və 3 dəfə uduzub.
Həsənov qərarları ilə də qonaqlara qənim kəsilib. Referi qonaqlara 27 sarı, 3 qırmızı və 4 penalti cəzası tətbiq edib. Meydan sahibləri isə 30 sarı və 2 qırmızı ilə cəzalanıb.
“İnter”lə yolları bir dəfə kəsişən referi XV turun “Kəpəz”lə qarşılaşmalarını idarə edib. Bu matçda Zaur Svanadzenin yetirmələri uduzmayıb – 4:1. O, “inter”lilərə 2, rəqibinə 1 sarı verib.
“Qarabağ” isə Həsənovla 4 dəfə görüşüb. VI turda “Kəpəz” (1:1), VII turda “Qəbələ” ilə matçlarda ağdamlılar xal itirib - 1:2. Əyalət klubu XIII turda “Qəbələ”ni 2:1, XXII turda AZAL-ı 1:0 yenib. “Qarabağ”ın oyunçularına da, rəqiblərinə 11 vərəqə göstərib. Ağdamlılar bu referi ilə bir penalti qazanıb, bir dəfə də azlıqda qalıb.
Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı aprelin 16-da keçiriləcək.